Siyasət

Amerikalı həmsədr: "Tərəflərinin etimadın möhkəmlənməsi istiqamətində addım atmalarının vaxtı çatıb"

11 Avqust 2017 12:05
0 Şərh     Baxış: 1 294

Dağlıq Qarabağ münaqişəsi tərəflərinin etimadın möhkəmləndirilməsi istiqamətində addım atmalarının vaxtı çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Azadlıq" radiosunun Ermənistan və Azərbaycan dilində yayımlanan xidmətlərinə müsahibəsində deyib. O, ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən addımlar atılacaq:

"Mən başa düşürəm ki, hazırda tam demilitarizasiya mümkün deyil. Lakin biz hərbi toqquşma ehtimalını aşağıya endirməliyik. İlk növbədə təmas xəttindən və sərhəd zonasından snayperlər geri çəkilməli, müşahidəçilərin sayı artırılmalı və xüsusi avadanlıqlar yerləşdirilməlidir. Əgər iki silahlı tərəf üz-üzə durublarsa, hərbi toqquşmanın mümkünlüyü hər zaman var". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.