Siyasət

Ucarda avtomobil yolunun tikintisinə 2,7 milyon manat ayrıldı

28 İyul 2017 18:19
Baxış: 781

Azərbaycan Prezidenti İlham Əliyev Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, iyirmi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.