Siyasət

Əl-Aqsa məscidinin bağlanmasına etiraz olaraq kommünike qəbul olundu

21 İyul 2017 17:26
20 Şərh     Baxış: 758

Fələstin xalqının hüquqlarının müdafiəsi Komitəsi və İslam Əməkdaşlıq Təşkilatı Əl-Aqsa məscidinin bağlanılmasına etiraz olaraq birgə kommünike qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakıda keçirilən Yerusəlim məsələsinə həsr olunan beynəlxalq konfransın iştirakçıları məscidin bağlanılması və cümə namazlarına qadağanın qoyulmasını pisləyiblər.  
 
"İşğalçı qüvvə olan İsrailin bu və digər məhdudiyyətlərin tətbiq etməsi tarixi "status-kvo"nu və beynəlxalq hüququ pozur. Bu, Qüdsdə müqəddəs yerlərə səfər etmək istəyənlərə qarşı qəddar işğaldır, Fələstin xalqının hüquqlarına hücumdur", - deyə sənəddə bildirilir.
 
Kommünikedə deyilir ki, Fələstindəki dindarlara qarşı təxribatlar, hücum və qanun pozuntuları gərginliyi və dini həssaslıq mühitini mürəkkəbləşdirir və buna dərhal son qoyulmalıdır. Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətə İsrail hökumətinə təsir edərək onu tarixi "status-kvo"ya hörmət etməyə çağırıb, habelə metal detektorları sökməyi tələb edib.
 
Kommünikedə həmçinin bütün maraqlı tərəflərə gərginliyin azaldılmasına istiqamətlənmiş addımlar atmağa çağırış yer alıb.
 
Konfrans iştirakçıları hesab edirlər ki, İsrailin Fələstin torpaqlarının işğalına son qoyması davamlı sülhə gətirib çıxara bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.