Siyasət

"Azərbaycan Şərqi Qüdsün infrastrukturuna 5 milyon dollar ayırıb"

21 İyul 2017 13:39
Baxış: 859

"Azərbaycanın istər Əl-Aqsa məscidinə, istər də Fələstinə münasibətdə siyasəti dəyişməz olaraq qalır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.
 
Diplomat Azərbaycan hökumətinin Şərqi Qüdsün infrastrukturuna 5 milyon dollar ayırdığını və hazırda bir neçə layihəni dəstəklədiyini deyib. Fələstinli diplomat xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Azərbaycanın Fələstinə maddi yardımı məsələsinin də müzakirə olunduğunu söyləyib. 
 
"Bizim çox məhsuldar görüşümüz olub. O, bir daha Azərbaycanın Qüdslə, Fələstinlə bağlı öhdəliyini təsdiq edib. Bu, Azərbaycanın dəyişməyən siyasətidir", - deyə səfir bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.