Siyasət

ABŞ Dağlıq Qarabağdakı "seçki"lərin nəticələrini tanımayacaq

20 İyul 2017 23:13
1 Şərh     Baxış: 1 366

ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinin nəticələrini tanımayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildiriblər.
"Münaqişənin hərtərəfli nizamlanmasında biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyənləşdirməkdə rolunu gəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır və biz iyulun 19-da keçirilən qondarma seçkilərin nəticələrini tanımırıq. Bu seçkilər Dağlıq Qarabağın hüquqi statusuna təsir etməyəcək. Biz həmçinin vurğulayırıq ki, qondarma seçkilər Dağlıq Qarabağın yekun statusu və Dağlıq Qarabağa davamlı və sülh həlli gətirəcək mövcud danışıqların nəticəsini müəyyənləşdirmir" , - Dövlət Departamentinin cavabında qeyd olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.