Siyasət

Elmar Məmmədyarov Samir Bakrla görüşüb

20 İyul 2017 19:44
0 Şərh     Baxış: 445

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında Daimi nümayəndəsi Akşin Mehdiyevi qəbul edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən "Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans"ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

E.Məmmədyarov 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İslam Həmrəyliyi ili" elan edildiyini və Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın irəlilədilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin, donor ölkə kimi Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə fəaliyyəti və təşkilatın işinə verdiyi töhfələr təqdir edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.