Siyasət

"Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir" - Dövlət Departamenti

20 İyul 2017 17:03
0 Şərh     Baxış: 683

Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir və Qafqaz regionu vasitəsilə insanlara pul və maddi vəsaitlər ötürməyə çalışan terror təşkilatları ilə aktiv mübarizə aparır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2016-cı il hesabatında deyilir.

Qeyd olunur ki, Azərbaycan diqqətini əvvəlki kimi terrorizmlə mübarizə üzrə səylərə cəmləyib:

"Azərbaycan məlumat mübadiləsi yolu ilə İraq və Suriyaya əcnəbi terrorçuların axınının, eləcə də bu ölkələrdə terror qruplarının qanunsuz maliyyələşdirilməsinin qarşısının alınması üçün İŞİD terror təşkilatına qarşı müqavimət göstərməyə hazır olduğunu bəyan edib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.