Siyasət

Lapşin ekstradisiya oluna bilər - YENİLƏNİB

20 İyul 2017 17:21
Baxış: 1 995

17:21

Bu gün 3 il müddətinə azadlıqdan məhrum edilən blogger Aleksandr Lapşin ekstradisiya edilə bilər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın ombudsmanı Tatyana Moskalkova danışıb.

Onun sözlərinə görə, Rusiya XİN-i və Baş Prokurorluq bloggerin ekstradisiyasını tələb edə bilər.

Moskolkovanın sözlərinə görə, artıq bununla bağlı danışıqlar gedir. Jurnalistlərə açıqlama verən ombudsman ""1993 və 2007-ci il cinayət işləri üzrə hüquqi kömək haqqında beynəlxalq konvensiyalar"a əsasən Rusiya Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Aleksandr Lapşinin ekstradisiyasını tələb edə bilər. Bildiyimə görə, artıq bu istiqamətdə iş, danışıqlar aparılır", - deyib.

---------

14:36

Bloqer Aleksandr Lapşinin Rusiyaya ekstradisiya olunması rəsmi Kremlin nəzərdən keçirdiyi mövzulardan deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
"Bu, Kremlin mövzusu deyil", - deyə D. Peskov bildirib.
 
A. Lapşinin vəkili Eduard Çurkin onun Rusiyaya ekstradisiya olunmasını istisna etməyib.
 
Qeyd edək ki, Rusiya, Ukrayna və İsrailin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
 
 A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.