Siyasət

"Həmsədrlər sehrbaz deyil..." - Lukaşeviç

19 İyul 2017 15:50
Baxış: 887

"ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə, qoşunların təmas xəttində monitorinq aparması ilə bağlı imkanlarının artırılmasına böyük ehtiyac var".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
 
"Təəssüf ki, bu qərara Dağlıq Qarabağ münaqişəsi tərəflərinin ziddiyyətli mövqelərinin olmasından və kompromisin olmamasından nail olmaq olmur. Hesab edirəm ki, yaxın perspektivdə tərəflərlə fəal işləyən ATƏT-in Minsk qrupunun elədiyindən daha çox nəsə etmək çətin ki, mümkün olsun. Bir qədər əvvəl Brüsseldə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirildi. Bir sıra ehtimallar var ki, bu ölkələrin prezidentləri görüşə bilərlər. Həmsədrlər münaqişə tərəfləri ilə aktiv işləyirlər. Lakin həmsədrlər sehrbaz deyillər, onlar regionda təhlükəsizliyi lazımi səviyyədə yarada bilməzlər. Ən başlıcası dialoqun qorunub saxlanılmasıdır, tərəflərə regionda qüvvələr balansının pozulmasını hədələyən qarşıdurmaya getməyə, həlli uzun çəkən bu münaqişənin nizamlanması üçün ciddi problem yaratmağa imkan verməməkdir", - deyə Lukaşeviç qeyd edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.