Siyasət

Azərbaycanlı jurnalistlər xarici həmkarlarına Zəhranı anlatdılar - FOTO

17 İyul 2017 16:59
0 Şərh     Baxış: 1 241

Türkiyədə səfərdə olan Azərbaycanın media nümayəndələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirilən Zəhra Quliyeva ilə bağlı məlumatları xarici jurnalistlərə çatdırıblar.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin hazırladığı Z. Quliyevanın şəkli olan posterlər xarici media nümayəndələrinə paylanılıb, hadisə ilə bağlı məlumat verilib.

Onlar baş verənləri "insanlıq əleyhinə cinayət" adlandırıblar.

Məlumatlandırma aksiyası Yenicag.az Analitik İnternet Qəzeti, "Report" İnformasiya Agentliyi və Avropa.info saytının təşəbbüsü ilə baş tutub.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən 1 il ötür. Bu məqsədlə Türkiyə hökumətinin dəvəti ilə dünyanın 4 tərəfindən 350-ə yaxın jurnalist bu ölkədə səfərdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.