Siyasət

Elmar Məmmədyarov: "Xəzər dənizinin statusu üzrə yekun sənəd 80 faiz razılaşdırılıb"

17 İyul 2017 15:59
Baxış: 269

"Xəzərin statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti yaranıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarisi işlər Naziri Elmar Məmmədyarov "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

Nazir deyib: "Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində İşçi Qrup yaradılıb. Yekun sənədin təxminən 70-80 faizi artıq razılaşdırılıb".

Nazirin sözlərinə görə, Xəzər dənizi - "ayıran deyil, birləşdirən sərvətdir".

E.Məmmədyarov əlavə edib: "Müsbət amildir ki, Xəzəryanı dövlətlər addım-addım cəhdlərini birləşdirərək, məsələnin həllinə yaxınlaşıblar. Baxmayaraq ki, dənizin hüquqi statusu hələ müəyyən edilməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı fəaliyyət, terrorizmə qarşı mübarizə kimi məsələlərdə hüquqi baza formalaşdırılıb. Məhz bu baza bizə imkan verir ki, hüquqi status məsələsinin müəyyən edilməsi istiqamətində irəliləyişə nail olaq".

Qeyd edək ki, Xəzəryanı dövlətlər - Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran 2003-cü ilin noyabrında Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə çərçivə sazişi imzalayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.