Siyasət

Sarkisyan Rusiyanın Azərbaycana silah satmasından danışdı

17 İyul 2017 14:20
3 Şərh     Baxış: 1 853

Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərin ən ağrılı tərəfidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan "Armenia TV"-yə müsahibəsində bildirib.
 
S. Sarkisyan deyib ki, bu məsələ Ermənistan-Rusiya dostluğunun, Ermənistan-Rusiya hərbi əməkdaşlığının ən ağrılı tərəfidir.
 
"Bu, bir çox məsələyə kölgə salır. Digər tərəfdən isə bəzi məqamlar var ki, bizim üçün qəbuledilməz, Rusiya üçün isə qəbuledilən sayıla bilər. Hələ ki, ciddi bir şey baş verməyib. Hansısa məqamda bu, ağır fəsadlara gətirib çıxaracaqsa, o zaman ittiham etmək olar. Ağır fəsadlar olmayacaqsa, o zaman biz bunu Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün uzunmüddətli siyasi fəaliyyəti kimi qəbul etməliyik".
 
Rusiya ilə hərbi əməkdaşlığa son qoyulması, yaxud azaldılması məsələsinə gəlincə, S. Sarkisyanın sözlərinə görə, bunlar çox təhlükəli fikirlərdir, çox ağır vəziyyətə gətirib çıxara bilər.
 
"Bizə deyirlər əməkdaşlıq etdiyimiz tərəfləri yenidən nəzərdən keçirək. Kimi nəzərdən keçirək? Türkiyəni, ya NATO-nu? Onlar bizi bəyəm böyük məmnuniyyətlə gözləyir?" - deyə Ermənistan prezidenti söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    anonim · 17 İyul 15:0650

    lenet olsun saksiyana zehranin qani yerde qalmaz nevesininde basina geler zehra qizimizin basina gelen insALLAH

    Cavab yaz
  • Anonim
    Ahu · 17 İyul 15:4620

    Bu caqqal ùzumuze deyir ki innen bele 20 ilde kecse hec bir guzest olmayacax. Niye özumuzun bu qeder gucumuz ola ola onun kimi ite sulh yolu teklif etmeliyik ki o da özunu qaldirib dagin basina qoya.sarksiyannan torpaq yolu gözlemek olmaz. Ya ùzek ya da duzek.

    Cavab yaz
  • Anonim
    ****** · 19 İyul 22:3010

    RUSUN ŞOTUNA HƏYATDA MÖVCUDSUNUZ

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.