Siyasət

"Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir"

17 İyul 2017 13:13
Baxış: 410

"Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.

N.Məmmədov bildirib: "Azərbaycan xarici siyasətində strateji tərəfdaşlarının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alır. Rusiya yüz illiklərlə əlaqəmiz, yüksək səviyyədə əməkdaşlığımız olan dövlətdir. Bizim planlarımıza Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi daxildir".

Bununla yanaşı prezidentin köməkçisi qeyd edib ki, RF Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi və Rusiya XİN-in Bakıya qarşı bir sıra sərt bəyanatları Azərbaycanda anlaşılmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.