Siyasət

Ermənilərin dinc azərbaycanlıları qətlə yetirməsinə Vyanada etiraz - FOTO

17 İyul 2017 12:48
0 Şərh     Baxış: 702

Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə iyulun 15-də Vyana şəhərinin mərkəzində yerləşən Vyana Dövlət Operasının önündə Ermənistanın növbəti təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin həlak olması ilə əlaqədar etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Avstriyada yaşayan Azərbaycan və türk diaspor fəallarının iştirakı ilə keçirilən aksiyada şəhər sakinləri və turistlərə alman və ingilis dillərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, bu siyasətin törətdiyi fəlakətlər və regionun təhlükəsizliyi üçün doğurduğu fəsadlar barədə məlumat veriblər. Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heç bir atəş nöqtəsinin olmadığı mülki yaşayış məntəqələrinin, dinc əhalinin atəşə tutulması ən qatı cinayət əməlidir, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu vəhşilik aktına birmənalı münasibətini bildirməlidir.

Aksiyanın sonunda Azərbaycanın Avstriyadakı səfirliyini ziyarət edən aksiya iştirakçıları səfirlik qarşısına gül və əklillər qoyublar, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanı olmuş soydaşlarımızın xatirəsini sükutla yad ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.