Siyasət

Vyanada yaşayan azərbaycanlılar aksiya keçirdilər - FOTO

15 İyul 2017 21:34
0 Şərh     Baxış: 644

Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə iyulun 15-də Vyana şəhərinin mərkəzində yerləşən Vyana Dövlət Operasının önündə Ermənistanın növbəti təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə əlaqədar etiraz aksiyası keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Avstriyada yaşayan Azərbaycan və türk diaspora fəallarının iştirakı ilə keçirilən aksiyada şəhər sakinləri və turistlərə alman və ingilis dilində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, bu siyasətin törətdiyi fəlakətlər və regionun təhlükəsizliyi üçün doğurduğu fəsadlar barədə məlumat veriblər. Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heç bir atəş nöqtəsinin olmadığı mülki yaşayış məntəqələrinin, dinc əhalinin atəşə tutulması ən qatı cinayət əməlidir, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu vəhşilik aktına birmənalı münasibətini bildirməlidir.

Aksiyada Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən şüarlar səsləndirilib, 4 iyul təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib. Tədbirdə "Erməni işğalına son", "Qarabağa ədalət" və "Mən Zəhrayam" kimi şüarlar səsləndiriblər.

Aksiyanın sonunda Azərbaycanın Avstriyadakı səfirliyini ziyarət edən aksiya iştirakçıları səfirlik qarşısına gül və əklillər qoyublar, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanı olmuş soydaşlarımızın xatirəsini sükutla yad ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.