Siyasət

Baş nazirin müavini: "Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir"

15 İyul 2017 17:36
Baxış: 688

Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.

Milli.Az bildirir ki, bunu Trend-ə eksklüziv olaraq, Türkiyənin Baş nazirinin müavini Nurəddin Canikli deyib.

O bildirib ki, dövlət çevrilişinə cəhddən sonra bir çox ölkələr FETÖ terror təşkilatının regional və qlobal təhlükəsini anladılar.

O eyni zamanda, qeyd edib ki, son dövrlərdə bir sıra ölkələrdə dərk etməyə başladılar ki, Gülən hərəkatı o ölkələrdə də daxili sabitliyə və əmin-amanlığa təhlükədir:

"Bunu nəzərə alaraq, FETÖ ilə mübarizə təkcə Türkiyə tərəfindən deyil, birgə aparılmalıdır. Bizə dost, qardaş ölkə olan Azərbaycan bu reallıqları anlayır. Biz Azərbaycan dövlətinə və xalqına FETÖ ilə mübarizədə göstərdiyi dəstəyə görə mionnətdarıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.