Siyasət

Millət vəkili Malta prezidentinə evinə dönə bilməyən köçkün Azərbaycan qadınlarından danışıb

15 İyul 2017 16:06
Baxış: 1 508

Millət vəkili Qənirə Paşayeva Malta prezidentinə evinə dönə bilməyən köçkün Azərbaycan qadınlarından danışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, deputat deyib ki, dünyanın hər yerində fəal qadınlar onlara dəstəyi artırmaldır.

Q.Paşayeva Malta prezidenti Mari-Luiz Koleyro Preka ilə görüş zamanı bütün sahələrdə inkişaf edən əlaqələrin parlamentlərarası əməkdaşlığın inkişafına da müsbət töhfə verdiyini xüsusi vurğulayıb.

Deputat Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, eyni zamanda, iyulun 4-də Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı törətdiyi təxribat barədə ətraflı məlumat verib.

O, beynəlxalq ictimaiyyətin ədalətin müdafiəsi istiqamətində Azərbaycana dəstəyinin artmasının vacibliyini xüsusi vurğulayıb. Millət vəkili həmçinin, Azərbaycanda multikulturalizm, qadınların cəmiyyətdə rolu, evlərinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb. Millət vəkili görüşdə Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan da danışıb.

Görüşdə ölkələrin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu vurğulanıb.

Maltanın prezidenti Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənəcəyini deyib.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.