Siyasət

Norveç XİN: "Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə beynəlxalq sabitliyə təhlükədir"

14 İyul 2017 17:03
Baxış: 772

Bu həftə Avstriyada baş tutmuş ATƏT XİN Şurasının qeyri-rəsmi görüşündə Norveç ATƏT-in hazırkı sədri Avstriyanı Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş zamanı çıxış edən Norveçin xarici işlər nazirinin müavini Ton Skogen deyib ki, bəzi üzv ölkələr ATƏT qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmirlər.

Onun sözlərinə görə, məhz indiki çıxılmaz vəziyyətin səbəbi budur: "Bu həm də qurum daxilində etimad və kompromisin olmamasının səbəbidir. Üzv ölkələrin ərazi bütövlükləri və suverenliyinə təhdidlər Ukraynada, Gürcüstanda, Moldovada, Azərbaycanda davam etməkdədir. Bu, beynəlxalq sabitliyə və ümumi təhlükəsizliyimizə təhlükədir".

Nazir müavini qeyd edib ki, ATƏT etimadın bərpa olunması və dialoq üçün aparıcı platforma olaraq qalmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.