Siyasət

Nazir: "Azərbaycan Ermənistanda yerləşdirilən "İsgəndər" raketlərini vura biləcək silahlara malikdir"

13 İyul 2017 17:34
Baxış: 1 815

"Azərbaycan Silahlı Qüvvələri Ermənistanda yerləşdirilən "İsgəndər" komplekslərinin raketlərini vura biləcək silahlara malikdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

O qeyd edib: "Mən müdafiə naziri olaraq bəyan edirəm ki. biz bu raketləri vura bilərik. Bizdə həmin raketlərin sayı 50 dəfə çoxdur. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Əgər onlar həmin silahı tətbiq etsələr, təsəvvür edin, infrastruktur və hərbi obyektlərə cavab atəşi necə olacaq?!"

Nazirin sözlərinə görə, dünyada qoşunların yeridilməsinin bir neçə taktikası mövcuddur:

"İsgəndər" yaxşı raketdir. Lakin bir neçə məsələ var. Birincisi, "İsgəndər"in bir çox növü var. İkincisi, həmin "İsgəndər" hansı vəziyyətdədir? Üçüncüsü, bu "İsgəndər"i kim idarə edir? Dördüncüsü, onu tətbiq etməyi bacaracaqlarmı? Biz hərbçi kimi, hər zaman ən pis varianta baxırıq, buna hazırıq. Sizə yuxarıda bəhs etdiyim raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə geri qalmır. Sizə deyə bilərəm ki, vəziyyəti modelləşdirib döyüş atışları həyata keçirmişik. Nəticə əladır! Bu gün biz əminik ki, yaşayış məntəqələrimizi və Silahlı Qüvvələrimizi müdafiə edə biləcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.