Siyasət

Müdafiə naziri: "Azərbaycan Rusiyanın Suriyadakı əməliyyat təcrübəsini öyrənir"

13 İyul 2017 17:49
0 Şərh     Baxış: 1 313

"Rəsmi Bakı Rusiyanın Suriyadakı əməliyyat təcrübəsini öyrənir və RF Müdafiə Nazirliyinə öz regionuna aid məlumatların təqdim edilməsi məsələsinə baxır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov RİA Novosti-yə müsahibəsində deyib.

Z.Həsənov qeyd edib ki, dünyada hərbçilərin bütün son hərbi münaqişələrin nəticələrini öyrənməsi praktikası var:

"Bu, həm uğurla, həm də uğursuzluqla nəticələnə bilər. Təbii ki, biz Rusiyanın Suriyadakı döyüş fəaliyyəti təcrübəsini öyrənirik. Mütəxəssislərlə təcrübə mübadiləsi aparılır. Biz dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi aparmışıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.