Siyasət

"Ermənistan Abxaziyadan keçən dəhlizin açılmasına ümid etməsin"

13 İyul 2017 17:12
0 Şərh     Baxış: 918

"Tranzit istiqamətdə yolların açılması mövzusu nəzərdən keçirilmir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

Bununla da o, Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyanın "Ermənistan yaxın zamanlarda Abxaziya və Tsxinvali regionundan keçməklə Rusiya və Gürcüstan arasında ticarət dəhlizinin açılmasına ümid edir" açıqlamasına cavab verib.

Z.Abaşidzenin sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında danışıqlar 2011-ci ildə əldə olunmuş yük dövriyyəsi haqqında sazişin icra olunması ətrafında davam edir və burada Abxaziyadan keçən və Ermənistanın ümid etdiyi ticarət dəhlizi barədə şərtlər mövcud deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.