Siyasət

Avropa Komissiyası və "Şərq tərəfdaşlığı" üzv ölkələri enerji effektivliyi məsələlərini müzakirə edib

11 İyul 2017 13:09
Baxış: 379

Avropa İttfaqı (Aİ) ilə "Şərq tərəfdaşlığı" üzv ölkələri arasında enerji effektivliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi dialoq çərçivəsində Aİ-nin genişlənmə məsələləri və mehriban qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Han Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və "Şərq tərəfdaşlığı" ölkələrinin digər nümayəndələri ilə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş iyulun 10-da Kişinyovda "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər və energetika nazirliklərinin rəhbərlərinin 9-cu qeyri-rəsmi iclasında keçirilib.

Y.Han qeyd edib ki, Aİ tərəfdaş-ölkələrə enerji effektivliyinin gücləndirilməsi ilə bağlı dəstək göstərməkdə davam edəcək:

"Bu sahədə iqtisadi cəhətdən effektiv siyasətin tətbiq edilməsi enerji təhlükəsizliyinin artırılması, rəqabətqabiliyyətlilik, iqtisadi artımın stimullaşdırılması iş yerlərinin yaradılmasının əsas amillərindən biridir, eləcə də iqlim dəyişikliyinin qarşısının alınmasına xidmət edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.