Siyasət

Almaniya Bundestaqının deputatı ermənilərin Füzulidəki vəhşiliyini pislədi

10 İyul 2017 15:55
Baxış: 908

Almaniya Bundestaqının üzvü, Xristian Demokrat İttifaqından (CDU) olan deputat Patrik Sensburq Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisinin erməni vəhşiliyi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar sorğusuna cavab olaraq bəyanatla çıxış edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bəyanatda deyilir:
  
"Füzuli rayonunun dinc sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində digər dinc sakinlərin ağır xəsarət alması da danılmazdır. Mən tərəfləri bu münaqişəni tezliklə həll etmək üçün sülh danışıqlarına qayıtmağa çağırıram. Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmalıdır. Münaqişəni həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edən qətnamələr qəbul edib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.