Siyasət

İtaliya parlamentində Ermənistanın vəhşiliklərindən danışıldı

7 İyul 2017 14:33
0 Şərh     Baxış: 1 268

"İtaliya, İrəli" (Forza İtalia) partiyasından olan italiyalı senator, İtaliya Senatının Uşaqlar və yeniyetmələr daimi komissiyasının üzvü Mariya Rizotti Senatın ümumi iclasında çıxış edərək Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi son cinayətlərdən danışıb və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib.

Milli.Az xəbər verir ki, senator çıxışını bu fikirlərlə başlayıb: 

"2017-ci il iyulun 4-də saat 20:40-da bəşəriyyətin gündəlik çətinliklərə üzləşdiyi bir anda Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlarda atəşə tutulub, iki nəfərin həyatına əbədi son qoyulub. Yalnız sülh və firavanlıq axtarışında olan bir əhaliyə qarşı yenidən terror törədilib. Ermənistan silahlı qüvvələri ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə və substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etməsinə məhəl qoymayaraq yaşlı qadını və onun iki yaşlı nəvəsini öldürüblər".

Ermənistanın cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, xüsusilə qadın, uşaq və qocaların olduğu mülki əhaliyə qarşı qəsdən, hədəflənən və sistematik xarakter daşıyan hücumlar etdiyini vurğulayan senator M.Rizotti bildirib ki, mülki azərbaycanlı əhaliyə və mülki obyektlərə qarşı törədilən, terror hücumlarından da daha betər olan bu kimi birbaşa və qəsdən törədilmiş hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyasının və ona 1 saylı Əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

İtaliyalı senator əlavə edib ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin etməyi tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də daxil olmaqla bir çox beynəlxalq sənədlər mövcuddur, lakin bu sənədlərin heç birinə Ermənistan tərəfindən məhəl qoyulmur və rəsmi İrəvanın məqsədi cəbhə xəttində törədilən dünənki hadisə kimi sistematik təxribat və sabotajlar vasitəsi ilə status-kvonun saxlanılmasına nail olmaqdır.

M.Rizotti, habelə çıxışında qeyd edib ki, münaqişənin həllinə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsindən ayrı baxıla bilməz və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişənin həlli üçün ən böyük maneədir.

O deyib ki, Ermənistanın 2016-cı ilin aprel hadisələrindən dərs çıxarmalı, status-kvonun dəyişdirilməsini qəbul etməli, beynəlxalq ictimaiyyəti aldatmağı və danışıqlardan yayınmağı dayandırmalıdır. Ermənistanın uzunmüddətli sülhə nail olmaq üçün substantiv və hərtərəfli danışıqlar aparmaq məqsədilə konstruktiv mövqedən çıxış etməli olduğunu vurğulayan senator M.Rizotti çıxışını bu fikirlərlə yekunlaşdırıb: "Bu zorakılığa son qoyulmalıdır. Hələ nə qədər qan axıdılmalıdır ki, bu qırğına son qoyulsun? Italiya hökuməti növbəti ildən ATƏT-ə sədrlik edəcəyini nəzərə alaraq bu dəhşətli münaqişənin qısa zaman ərzində həlli istiqamətində səylərini əsirgəməməlidir".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.