Siyasət

Minsk qrupundan Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

19 İyun 2017 18:07
2 Şərh     Baxış: 1 316

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qoşunların qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına gətirib çıxaracaq tədbirləri nəzərdən keçirməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Riçard Hoqland ATƏt sədrinin Şəxsi nümayəndəsi Ancey Kaspşiklə birgə iyun ayında regiona səfər edib. Səfərin əsas məqsədi aprelin 28-i Moskvada baş tutmuş nazirlər səviyyəsində üçtərəfli görüşdən sonra tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində mövqeyini müzakirə etməkdən ibarət idi.

Həmsədrlər iyunun Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla, iyunun 19-u Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bundan başqa onlar hər iki ölkənin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr keçirib. Bakıda onlar həmçinin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Detektiv · 19 İyun 20:1431

    Bunlar hele de derk elemr ki, muraciet iki terefe yox, bir terefe olunmalidir. O teref de Ermenistandir. Her iki terefe eyni baxmaq olmaz. Azerbaycan hec kimin torpagini isgal etmeyib. Hec bir olkeye erazi iddiasi yoxdur. Bu saydiqlarimi Ermenistan heyata kecirib. Ona gore de muraciet Ermenistana olunmalidir. Ondan erazileri bosaltmaq teleb olunmali ve mueyyen vaxt qoyulmalidir. Eyer netice olmasa guc tetbiq olunmali, beynelxalq teskilatlar da buna raziliq vermelidirler!

    Cavab yaz
    • Anonim
      neftçi · 20 İyun 09:1310

      Siz nə danışırsınız. Bəs bunlar həftə səkkiz mən doqquz hara səfər etsinlər? Yeganə yolumuz müharibədir. Başqa yol yox artıq.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.