Siyasət

Azərbaycan 48-ci oldu - Qlobal kibertəhlükəsizlik indeksi

19 İyun 2017 17:16
1 Şərh     Baxış: 660

Beynəlxalq Telekommunikasiya Şurası (ITU) 2017-ci il üzrə Qlobal kibertəhlükəsizlik indeksini açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, indeks ITU-nun üzvü olan ölkələrin kibertəhlükəsizliyə məruz qalma səviyyəsini özündə əks etdirir. 193 ölkəni özündə birləşdirən indeks qanunvericilik bazasını, texniki məlumatlar, təşkilati məsələlər, kooperasiya kimi məsələləri əhatə edir.
 
Azərbaycan indeksdə 48-ci yeri (0.559 bal) tutub.

Qonşularımıza gəlincə, Gürcüstan 8-ci, Rusiya 10-cu, Türkiyə 43-cü yeri tutub. Ermənistan isə siyahının autsayderlərindədir - 111-ci yer. Ermənistanla yanaşı, kibertəhlükələrə daha çox məruz qalan Əfqanıstan, Özbəkistan, Zimbabve, Liviya, Bosniya və Herseqovina indeksin ən aşağısında qərarlaşıb. Reytinqin sonuncusu pilləsində Ekvatorial Qvineyadır.
 
Yeri gəlmişkən, indeksin lideri Sinqapurdur. İkinci və üçüncü yerləri ABŞ və Malayziya bölüşdürür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.