Siyasət

BMT: "Azərbaycanın miqrasiya idarəçiliyi sistemi başqa ölkələr tərəfindən öyrənilir"

19 İyun 2017 11:27
0 Şərh     Baxış: 261

Azərbaycanın miqrasiya idarəçiliyi sistemi başqa ölkələr tərəfindən öyrənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə BMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktopark jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın təyinat ölkəsinə çevrilməsi nəticəsində ölkəyə gələnlərin və ölkənin ərazisində müəyyən vaxt qalanların, ölkə ərazisindən keçənlərin artması səbəbindən Azərbaycan hökuməti də miqrasiya sahəsində gördüyü tədbirləri mütəmadi olaraq, təkmilləşdirir. BMqT bu sahədə Azərbaycanın müvafiq dövlət qurumları ilə daim əməkdaşlıq edir:

"Ölkənin miqrasiya və səhiyyə sahəsində üzləşə biləcəyi çətinliklər ola biləcəksə, onların əvvəlcədən müəyyən edilməsi və qarşısının alınacağı istiqamətində çalışırıq. Miqrasiya Məcəlləsində bu sahə üzrə məsələlər tam olaraq, öz əksini tapıb".

Azərbaycanda miqrasiya sahəsi üzrə qanunvericiliyin mütəmadi olaraq, təkmilləşdiyini deyən S.Aktopark bildirib ki, çox böyük siyasi iradə nəticəsində ölkənin sərhədlərindən gəlib-keçmə məsələləri ilə məşğul olan dövlət qurumları çox diqqətli və proqressiv işlər görürlər. Azərbaycan hökuməti ölkənin miqrasiya idarəçiliyi üzrə milli modelinin inkişaf etdirilməsi üçün çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.