Siyasət

Serbiya hökuməti lesbiyana tapşırıldı

16 İyun 2017 17:01
3 Şərh     Baxış: 2 132

Serbiya prezidenti Aleksanqdr Vuçiç dövlət idarəçiliyi və yerli özünüidarəetmə naziri Ana Brnabiçin namizədliyini baş nazir postuna irəli sürüb.

Ölkə parlamentinə bununla bağlı prezident təqdimatı göndərilib.

Milli.Az Srbija Danas-a istinadən bildirir ki, prezident deyib: "Yeni baş nazirin qarşısında duran əsas məsələlərdən biri beynəlxalq arenada ölkənin nüfuzunun artması və milli iqtisadiyyatın güclənməsidir. Bundan başqa, baş nazir ölkədə işsizlik səviyyəsinin aşağı düşməsi üçün real addımlar atmalıdır".

Serbiya qanunvericiliyinə görə, ölkə parlamenti baş nazirin və hökumət üzvlərinin namizədliklərini təsdiqləməlidir.

41 yaşlı Ana Brnabiç lesbiyandır və qeyri-ənənəsi cinsi yönünü heç zaman gizlətməyib.

Beləcə, Ana Brnabiç dünyada ilk lesbiyan baş nazir, Serbiya tarixində ilk "çəhrayı" hökumət başçısı olacaq.

Ana Brnabiç ABŞ-ın Miçiqan ştatındakı Nortvud universitetini bitirib, Britaniyadakı Hall Universitetində MBA diplomu alıb.

İrlandiyanın baş naziri Leo Varadkar və Lüksemburqun hökumət başçısı Ksavye Bettel homoseksuallardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.