Siyasət

İcraçı direktor: "ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayətinin müsbət həllinə ümid edir"

16 İyun 2017 15:13
Baxış: 789

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı verilən apellyasiya şikayətinin müsbət həll olunacağına ümid edir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib.

Qeyd edək ki, iyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına apellyasiya şikayəti verib.

Bundan əvvəl, mayın 15-də isə Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında bu ölkənin Ali Məhkəməsinin qərarı ilə ÜAK-ın qeydiyyatı ləğv edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.