Siyasət

Brayza: "Müharibə nə Azərbaycanın, nə də Ermənistanın marağındadır"

16 İyun 2017 13:46
2 Şərh     Baxış: 867

Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

O bildirib ki, belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır: "Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    çoban · 16 İyun 15:5811

    AMMA İŞĞAL OLUNMUŞ TORPAQLARIN TAMAMI İLƏ AZƏRBAYCANA HANSI YOLLA OLUR OLSUN QAYTARILMASI AZƏRBAYCANIN MARAĞINDADIR. GERİYƏ YOL YOXDUR. ERMƏNİ ADINDA TAYFA OLUB DÖVLƏT OLMAYIB. BU TARİX TƏZƏ ŞİTİL OLSADA SİYASƏT BUNU DƏYİŞƏ BİLMƏZ

    Cavab yaz
  • Anonim
    Cicek · 16 İyun 16:2520

    Bu insani iceriseherde gordum sohbet etdik ve cox da semimi alicenab insan idi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.