Siyasət

"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür"

16 İyun 2017 13:39
0 Şərh     Baxış: 962

Dağlıq Qarabağ münaqişəsinin həlli xalqların öz müqəddaratını etmə hüququ nəzərə alınmaqla, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

M.Brayza qeyd edib ki, münaqişə tərəfləri arasında etimad yoxdur:

"Tərəflər bir-birinə inanmırlar. Bu da nizamlanmanın əldə olunmasına maneçilik törədir. Buna nail olmaq üçün çətin kompromisslər tələb olunur".

Ekspert bildirib ki, yeganə yol ABŞ və Rusiyanın Aİ-nin iştirakı ilə münaqişə tərəflərinin rəhbərliklərinə problemin həllində siyasi dəstək göstərmələri ola bilər:

"Dağlıq Qarabağ ABŞ və Rusiyanın ümumi mövqeyə malik olduğu və birgə fəaliyyətə hazır olduğu azsaylı məsələlərdən biridir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.