Siyasət

"ABŞ və Rusiya razılaşmasa, Qarabağ məsələsi həll olunmayacaq" - Metyu Brayza

16 İyun 2017 12:34
2 Şərh     Baxış: 1 618

ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə öz töhfələrini verməyincə, mən münaqişənin həllində irəliləyiş gözləmirəm.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.

O bildirib ki, ABŞ və Rusiya bu məsələni ikitərəfli əlaqələrin gündəliyinə daxil etməlidir: "İndi bu ölkələr arasında, demək olar ki, əlaqə yoxdur. Həmsədrlər gələcək, həll yolları axtaracaq, danışıqlar aparacaqlar. Amma qeyd etdiyim məsələ olmasa, irəliləyiş olmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.