Siyasət

Məşhur qadın siyasətçi təhqir olundu, huşunu itirdi - FOTO

16 İyun 2017 13:57
0 Şərh     Baxış: 1 219

Fransanın paytaxtı Parisdə, Mober meydanında naməlum şəxs ölkənin sabiq naziri Natali Kostyuşko-Morizeyə hücum edib.

Milli.Az Le Parisien-ə istinadən bildirir ki, həmin şəxs əlindəki vərəqələri 44 yaşlı Morizenin üzünə çırpandan sonra onu yumruqla vurmaq istəyib.

Yerə yıxılan siyasətçi zərbədən huşunu itirib.

O, hospitala aparılıb.

Paris meri Anna İdalqo və sabiq baş nazir Manuel Vall olayı qətiyyətlə pisləyiblər.

Natali Kostyuşko-Morize Fransa parlamentinin aşağı parlamentinə seçkilərdə iştirak edir. O, Parisin 5-ci dairəsində seçkilərin 2-ci turu ərəfəsində təbliğat-təşviqat kampaniyası keçirirdi.

Natali Kostyuşko-Morize 2007-2009-cu illərdə ekologiya məsələləri üzrə dövlət katibi, 2010-2012-ci illərdə ekologiya, nəqliyyat və mənzil siyasəti naziri olub.

O, hazırda Paris Şəhər Şurasında sağçı müxalifətin lideridir.

Parlament seçkilərinin ilk turunda Kostyuşko-Morize 18,13 faiz səs toplayaraq rəqibinə, "Respublika Marşda" mərkəzçi hərəkatından olan namizəd, 41,81 faiz səs toplamış Jil Lejandra uduzmuşdu.

Fransa parlamentinə seçkilərin 2-ci turu bazar günü, iyunun 18-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.