Siyasət

Erməni əsgərin anası: "Vəziyyət həddən artıq acınacaqlıdır"

15 İyun 2017 19:21
0 Şərh     Baxış: 3 053

Sonya Q. adlı erməni əsgər anasının statusunda bölüşdüyü paylaşma ermənistanlı əsgər analarını növbəti dəfə məyus edib.

Milli Az sosial səbəkələrə istinadən xəbər verir ki, şəbəkə istifadəçisi Sonya Q. adlı erməni əsgər anasının statusunda bölüşdüyü paylaşma ermənistanlı əsgər analarını növbəti dəfə məyus edib.

Dağlıq Qarabağda, erməni işğalında olan Azərbaycan ərazilərində hərbi xidmət keçən oğlu Volodya ilə görüşə gedən ana hərbi hissədə gördüklərindən dəhşətə gəldiyini ürək ağrısı ilə başqa valideynlərlə bölüşüb.

Ana hərbi hissədəki sosial şəraitin bərbad vəziyyətindən, yeməyin keyfiyyətsiz olmasından, əsgərlərin geyimindən, onların xarici görünüşündən, bəzilərinin xəstəliklərdən əziyyət çəkdiyindən, hətta zabit ailələrinin dözülməz vəziyyətdə yaşamasından, baş verən haqsızlıqlardan və hərbi hissədəki intizamsızlıq da daxil olmaqla bir çox məsələlərdən danışıb.

"Vəziyyət həddən artıq acınacaqlıdır. Övladımın sağlam və salamat qayıtması ailəmiz üçün böyük bir möcüzə olacaqdır", - deyə Sonya Q. sonda yazır.

Zabit Əsgərov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.