Siyasət

NATO-dan Rusiya AÇIQLAMASI: ""Soyuq müharibə" istəmirik"

9 İyun 2017 20:45
0 Şərh     Baxış: 1 043

"NATO Rusiya ilə dialoqa hazırdır və yeni "silah yarışı" başlamaq istəmir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
 
"Rusiya bizim qonşumuzdur və qonşumuz olaraq qalacaq. NATO yeni "soyuq müharibə" və "silah yarışı" başlamaq istəmir. Dialoqu isə Rusiya-NATO Şurası xətti ilə bərpa etmək mümkündür", - deyə Y.Stoltenberq bildirib.
 
Bununla belə baş katib qeyd edib ki, Rusiya Şərqi Avropada vəziyyəti qeyri-stabillik yaratmaqda davam edir. Bu səbəbdən Alyans Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstanda hərbi iştirakını artırmaq məcburiyyətindədir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.