Siyasət

Bakıda Azərbaycan və Avropa İttifaqı arasında danışıqların növbəti mərhələsi keçiriləcək

7 İyun 2017 11:39
Baxış: 989

İyunun 13-14-də Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, növbəti görüş yenə Bakıda olacaq: "Görüşdə iştirak etmək üçün Aİ Xarici Əməliyyatlar Xidmətinin rəsmisi Luk Devin Azərbaycana gələcək. Bu danışıqlar iki blok üzrə - siyasi-təhlükəsizlik  və ticarət bloku üzrə aparılacaq". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.