Siyasət

Kanadadakı institut ÜAK-ın müdafiəsinə qalxdı

22 May 2017 13:51
0 Şərh     Baxış: 842

Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb.

Kanada Azərbaycan Tədqiqatları İnstitutu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğvi ilə bağlı Rusiyanın Xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məktubda Kanada Azərbaycan Tədqiqatları İnstitutunun Azərbaycanın ən böyük diaspor təşkilatı olan ÜAK-lə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarı ilə bağlı dərin narahatlığı ifadə olunub.

"Rusiya və Azərbaycan arasında dərin dostluq münasibətləri və geniş əməkdaşlıq mövcuddur. Rusiyadakı azərbaycanlıların meydana çıxan yeni situasiyaların və qlobal problemlərin öhdəsindən gəlmək üçün Rusiyada belə bir Konqres təşkil etməsi vacib bir faktdır. Konqresin fəaliyyəti ilə Azərbaycan-Rusiya dostluğu və qarşılıqlı səmərəli əməkdaşlığı daha da güclənir və inkişaf edir. Konqres hər iki ölkəyə  dostluq əlaqələrinin daha da irəliləməsi, Rusiya və Azərbaycanda sülh və inkişafın daha da yüksəlməsi üçün stimul verib," - deyə məktubda bildirilib.

Məktubda  qeyd olunub ki, Ali Məhkəmənin bu qərarı olduqca ədalətsizdir və iki ölkə arasındakı strateji əməkdaşlığa ziddir. "Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq" - deyə məktubda vurğulanıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.