Siyasət

"Kremldə kifayət qədər ağıllı qüvvələr var" - Musa Quliyev

20 May 2017 09:05
2 Şərh     Baxış: 880

Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi iki ölkə münasibətlərinin inkişafını istəməyən qüvvələrin sifarişidir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu qərar ermənipərəst qüvvələr və ya Rusiya hüquq sistemində çalışan ermənilərin dəstəyi ilə qəbul olunub: "Düşünmürəm ki, qərarın qəbul olunması Rusiya - Azərbaycan münasibətlərini korlasın. Rusiyada, o cümlədən Kremldə kifayət qədər ağıllı ziyalılar və qüvvələr var və onlar bu məsələni həll edəcək".

M.Quliyevin sözlərinə görə, ÜAK-la bağlı mövcud qərarın dəyişdirilməsi üçün Rusiya deputatları, rus icmaları və ziyalılar tərəfindən müəyyən fikirlər səsləndirilir: "İndi hansı variantlar seçiləcək, hələlik məlum deyil. Amma istənilən halda düşünürəm ki, ÜAK fəaliyyətini davam etdirəcək və Rusiya - Azərbaycan münasibətləri əvvəlki templə inkişaf edəcək. Çünki, bu Rusiya məhkəmə orqanlarının tarixi bir səhvidir. Düşünürəm ki, həmin səhvin düzəldilməsini Rusiyanın hakimiyyət dairələri təmin edəcək".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    İsmayıl · 20 May 09:1100

    Qasımlı nə vaxtdan Quliyev olub.

    Cavab yaz
  • Anonim
    İsmayıl · 20 May 09:1200

    Qaslmlı yoxsa Quliyev?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.