Siyasət

Həsən Ruhani yenidən İran prezidenti seçildi - YENİLƏNİB

20 May 2017 11:13
29 Şərh     Baxış: 3 946

11:13

İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ilkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir. 

Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir.

Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.

İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi  bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq.

O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.

----------

07:23

İranda keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 40 milyon səsdən 37 milyonu hesablanıb.

Agentliyin məlumatına görə, 21,6 milyon seçici öz səsini Həsən Ruhaniyə verib.

İkinci yerdə 14 milyon səs ilə İbrahim Raisi gedir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.