Siyasət

"İrəvan inkar etdi, Bakı dərhal video yaydı" – Belyayev

18 May 2017 23:59
1 Şərh     Baxış: 3 120

Videodan görünür ki, kompleksə zərbə anında pelenqator fırlanır, bu isə o deməkdir ki, içəridə ekipaj üzvləri var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ordumuzun Ermənistana məxsus OSA zenit-raket kompleksini məhv etməsini şərh edərkən rusiyalı jurnalist Mixail Belyayev bildirib.

"Bugünlərdə Azərbaycan Ordusu ermənilərə aid OSA zenit-raket kompleksini heyəti ilə birgə məhv etdi. Ermənistan qısa məlumat yaydı və "texnikanın azacıq zədələndiyini", şəxsi heyətin isə heç bir itki vermədiyini bildirdi. Azərbaycan Müdafiə Nazirliyi dərhal OSA zenit-raket kompleksinin məhv edilməsini əks etdirən video yaydı. Videodan görünür ki, kompleksə zərbə anında pelenqator fırlanır, bu isə o deməkdir ki, içəridə ekipaj üzvləri var. Videodan o da aydın olur ki, Azərbaycan İsrail istehsalı olan və hələ 2016-cı il Aprel savaşında effektivliyi üzə çıxan "Spayk"dan istifadə edib", - Belyayev qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Humay Rumi · 19 May 00:2200

    Dawnaklara bu da azdir. Ordumuz inwaallah tezlikle duwmenleri darma dagin eder.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.