Siyasət

""İskəndər" sistemlərinin Ermənistana verilməsi vəziyyəti destabilizə edir" - Helsinki komissiyası

18 May 2017 13:47
1 Şərh     Baxış: 3 059

ABŞ Helsinki komissiyasının sədri, senator Rocer Uiker Vaşinqtonda keçirilmiş dinləmələrdə Rusiya tərəfindən qonşu ölkələrə təhlükəli silah sistemlərinin verilməsi faktını qaldırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, senator Rusiyanın ATƏT üzvü olan Ermənistana "İskəndər-E" raket sistemlərinin təhvil verdiyini vurğulayıb.

R.Uikerin fikrincə, bu amil ciddi narahatlıq doğurur, çünki bu cür silahların tədarükü vəziyyəti destabilizə edərək Avropada və Avrasiyada gərginliyin daha da artmasına səbəb olur.

Öz növbəsində ABŞ Dövlət katibinin keçmiş katibi Stivem Rademeyker qeyd edib ki, raket texnologiyaları üzərində beynəlxalq nəzarət rejimi mövcuddur.

Onun sözlərinə görə, Rusiyanın "İsgəndər" sistemlərinin hansı versiyasını Ermənistana verdiyini bilmək vacibdir: "Əgər bu "İsgəndər-E" sistemidirsə, bu silahlanmaya nəzarət sazişinə uyğundur. Amma "İsgəndər-M" raket sistemlərinin tədarükü qəbuledilməzdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.