Siyasət

Ermənilər müharibəyə başlayır? - Məşhur generaldan tutarlı cavab

18 May 2017 08:00
11 Şərh     Baxış: 9 906

Son günlər Dağlıq Qarabağ münaqişəsi zonasında, cəbhə xəttində gərginlik artmağa başlayıb. Əvvəlcə mayın 15-də Ermənistan hava hücumundan müdafiə qoşunları Füzuli-Xocavənd istiqamətində hava məkanına nəzarət etmək məqsədilə "OSA" zenit-raket kompleksini müdafiənin ön xəttində yeni mövqeyə çıxarmağa cəhd göstərdi.

Lakin bu cəhd uğursuzluqla nəticələndi və Azərbaycan ordusu dərhal "OSA"nı məhv etdi. Bundan 2 gün sonra isə ermənilər Ağdam rayonuna intensiv zərbələr endiriblər.

Bəzi ekspertlər hesab edir ki, Ermənistan hazırda qısamüddətli müharibəyə hazırlıq görür və onun yaxın zamanlarda gerçəkləşməsi mümkündür. Onların fikrincə, Ermənistanın hərbi-siyasi rəhbərliyi bununla həm bir sıra uğursuzluqlarını ört-basdır etmək, həm də son zamanlar Azərbaycan-Rusiya münasibətlərində yaranmış soyuqluqdan istifadə etmək istəyir. Ermənistan hakimiyyəti hesab edir ki, bu dəfə Rusiya ötən ilin aprel döyüşlərindəki olduğu kimi gözləməyəcək və savaş başlasa, Ermənistanı müdafiə edəcək.

Yaranmış vəziyyəti Milli.Az-a şərh edən hərbi ekspert, sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, ermənilərin genişmiqyaslı müharibəyə başlayacağı inandırıcı görünmür:

"Ermənilər həmişə cəbhə xəttində müxtəlif təxribatlar törədiblər, bu, ilk deyil. "OSA"nın ön xəttə çəkilməsinə gəlincə, bunun o dərəcədə də əhəmiyyəti yoxdur. "OSA" yaxın mənzilli zenit-raket kompleksidir və onun ön xəttə çıxarılması hələ ermənilərin hücuma hazırlaşması demək deyil. Ermənilər müharibəyə başlamaq və hücuma keçmək istəsələr, bunun üçün hansısa istiqamətdə mütləq qüvvələrin cəmləşməsini aparmalıdırlar. Amma belə bir cəmləşmə olsa, ikinci eşelonu irəli çəksələr, dərhal bizim Müdafiə Nazirliyi bundan xəbər tutacaq. Bunu aşkar etmək üçün Ordumuzda kifayət qədər kəşfiyyat və digər vasitələr var. Ona görə də düşmənə adekvat və hətta ondan da artıq cavab veriləcək və onların hücum niyyəti yerindəcə dəf ediləcək. Amma onlar ara-sıra təxribat törətməklə davam edəcəklər. Ordumuz buna hazır olmalıdır, hazırdır da və paylarını da lazımınca verəcək".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Millet · 18 May 08:15180

    Veten Sag Olsun . Azerbaycan Xalqi Var olsun . Gelsinler gorsunler baslarina geldiyini.

    Cavab yaz
    • Anonim
      ilham · 18 May 14:26110

      Onlar gəldiyini gəlib ee onların başına oyun açmaq üçün biz getməliyik

      Cavab yaz
  • Anonim
    Baku · 18 May 08:39190

    Allah herbicileri qorusun

    Cavab yaz
  • Anonim
    Aze_Boy · 18 May 10:01120

    Muharibe istese doyus istese Xalqimiz torpagi ugrunda ermenistani darma dagin eder. Gelecekleri varsa gorecekleri var.Bizim torpaqlardan redd olsunlar.O torpaqlar Azerbaycana mexsusdur.Vetenden pay olmaz.Ermeni bizden bir qaris torpaq almaq uchuin gerek ilk novbete Azerbaycanin igid oglanlarini oldurub sonra gire torpaga oda mumkun olacaq bir sey deyil.Allah esgerleri qorusun .Diqqetli olsunlar.

    Cavab yaz
  • Anonim
    konullu · 18 May 10:05180

    Allahim vetenin HEQİQİ herbicilerine komek ol.

    Cavab yaz
  • Anonim
    lalə · 18 May 10:3071

    ermənistan hələ də anlamır ki AZƏRBAYCAN maşallah çox güclü dövlətə çevrilib. Heç kimin köməyi olmadan özünü müdafiə etməyə və torpaqlarını qaytarmaqa qadirdir.biz sülhsevər xalqığ bunu dünya bilir. amma düşmən müharibə istəyirsə şükür Allaha biz də hazırığ.

    Cavab yaz
  • Anonim
    Azerbaycanli · 18 May 10:5050

    Allah Rusa le net etsin ,bizim dismenimizin arxadinda daim durdigu ucun,olmasa qorxaq ermenini bizim igid xalqimiz coxdan yox etmisdi..

    Cavab yaz
    • Anonim
      Azəri · 18 May 16:0450

      Farsa da lənət.Cünkü fars rejimi daim erməniyə yardım edib.Onlar üzdə müsəlman əslində Türk və İslam düşmənləridir.

      Cavab yaz
  • Anonim
    Can azerbaycan · 18 May 11:4751

    Allah butun herbicilarimizi qurusun.amin.

    Cavab yaz
  • Anonim
    Od yalo · 18 May 15:1721

    Bir defede eRmenileri yaxwica eziwdeseydik lezzetli olardi. Duwmene Apreldekinnende daha cox sarsidici cavab olsaydi , dahada lezzzetl olardi.

    Cavab yaz
  • Anonim
    ELCHIN · 18 May 16:2841

    bu ne demekdi ey torpaqlari isgal altinda olan biz. Muharibeye baslayan olar? Biz baslamaliyiq muharibeni. Ela danisirlar ki bular ele bil biz nolarin torpaqlarin isgal etmisik ve olar hucum planlasdirir. bulari biz etmeliyik olar yox

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.