Siyasət

Vaşinqtonun meri ABŞ Konqresində Azərbaycandan bəhs etdi - FOTO

20 İyun 2017 08:53
0 Şərh     Baxış: 1 275

ABŞ Konqresinin əsas binası olan Kapitolda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı və Vaşinqtonda fəaliyyət göstərən 20-dən çox qadın sahibkar və nüfuzlu təşkilat rəhbərlərinin dəstəyi ilə "Azərbaycan və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu" mövzusunda təşkil edilmiş tədbir münasibətilə Vaşinqton şəhərinin meri Müryel Bouzer təşkilatçılara müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, məktubda bildirilir ki, Azərbaycan və Gürcüstanın müsəqilliyinin 25-ci ildönümünə təəssadüf edən bu tədbir qadın sahibkarları bir araya toplamaqla onların cəmiyyətdəki rolu və töhfəsini nümayiş etdirir.

Vaşinqton meri sənəddə USACC-nin qadınların cəmiyyətimizdə və dünyada əldə etdikləri nailiyyətlərinin təşviqi sahəsindəki fəaliyyətini alqışlayıb və tədbirlə bağlı uğurlar arzulayıb.

Qeyd edək ki, tədbir barədə təşəbbüs ötən ilin sentyabrında ABŞ ticarət missiyasının tərkibində Azərbaycan və Gürcüstana səfər etmiş bir qrup qadın sahibkar tərəfindən irəli sürülüb, ABŞ ticarət nazirliyi və Vaşinqtonun kiçik və yerli biznes inkişafı departamenti tərəfindən dəstəklənib. Həmçinin, tədbirin təşkili ilə bağlı ABŞ Konqresinin bir sıra qadın üzvləri, o cümlədən Şeyla Cekson Li və Brenda Lorens öz dəstəyini ifadə ediblər.

Tədbirdə Azərbaycan və Gürcüstanın sosial-iqtisadi inkişafında qadınların rolundan danışılmış, qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində aparılıb islahat və əldə edilmiş nailiyyətlər haqqında məlumat verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.