Siyasət

Vaşinqtondan Çinə xəbərdarlıq

20 İyun 2017 08:18
0 Şərh     Baxış: 679

Çin terrorçuluqla mübarizəyə öz töhfəsini artırmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Şərqi Asiya və Sakit okean işləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Syuzan Tornton deyib.

"Biz hesab edirik ki, Çin artan qlobal terrorçuluq problemindən daha çox əziyyət çəkir və biz istəyərdik ki, onlar fəallaşsın və üzərləriinə böyük məsuliyyət payı götürsünlər. Onların terrorçuluqla mübarizəyə töhfələri daha çox olmalıdır", - S.Tornton deyib.

S,Tornton qeyd edib ki, Pekinin, məsələn İraqda çox maraqları var və onlar İŞİD-in darmadağın edilməsi üzrə beynəlxalq koalisiyaya kömək etmək üçün daha çox töfhə verməlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.