Siyasət

NATO-da "Planlaşdırma və Analiz Prosesi"nin qiymətləndirmə sənədi müzakirə olundu

2 May 2017 19:50
Baxış: 510

Bu gün Brüsseldə NATO-nun mənzil-qərargahında, Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsində Azərbaycan Respublikasının 2017-ci il üzrə "Planlaşdırma və Analiz Prosesi"nin qiymətləndirmə sənədinin "NATO + Azərbaycan" formatında müzakirə iclası keçirilib.

Milli.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iclasda nazirliyin nümayəndələri ilə yanaşı müzakirə mövzularına müvafiq olaraq ölkəmizin digər aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Görüşdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, tərəfdaşlıq məqsəd və öhdəliklərin yerinə yetirilməsi, NATO-Azərbaycan Hərbi Təhsil və Təlim sahəsində birgə Fəaliyyət Planı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində aparılan fəaliyyətlər, sülhməramlılarımızın Əfqanıstandakı "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verdiyi töhfə və digər məsələlər müzakirə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.