Siyasət

"Azərbaycan bu generalı daim diqqətdə saxlayacaq"

18 Aprel 2017 19:13
3 Şərh     Baxış: 5 677

"Bu günlərdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəsi general Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi təyin edilib. Azərbaycan torpaqlarını işğal edən dövlətin sabiq baş qərargah rəisinin beynəlxalq təşkilatın rəhbəri seçilməsi Azərbaycanı laqeyd qoya bilməz".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak etmiş və mövqelərimizə qarşı vaxtaşırı provokasiyalar təşkil edən bir insandır: "Buna görə də Xaçaturovun fəaliyyəti daim Azərbaycan ictimaiyyətinin diqqətində olacaqdır. Digər tərəfdən, Ermənistandan başqa KTMT-yə daxil olan digər beş ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar ötən ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını dəstəkləmədilər. Bu, Ermənistan üçün, həmçinin Xaçaturov üçün ciddi bir xatırlatmadır".

A.Mirzəzadə qeyd edib ki, Xaçaturov istədi-istəmədi KTMT-nin nizamnaməsinə uyğun hərəkət etməli olacaq: "Əgər səlahiyyətindən kənar bəyanatlar verərsə, onda həmin təşkilatın üzvü olan dövlətlərin ciddi etirazı ilə qarşılaşacaq. Eyni zamanda Azərbaycan da bu məsələni diqqətdən kənarda qoymayacaq. Xaçaturov bilməlidir ki, Azərbaycan müstəqil ölkədir, BMT tərəfindən tanınmış sərhədləri var. Xaçaturov etdiyi əməllərin əksinə olaraq, bu gün özünü diplomat, hüquqa bağlı insan kimi aparmalıdır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Sevil · 18 Aprel 19:1610

    Xachaturov...diplomat....insan?????

    Cavab yaz
  • Anonim
    mən · 18 Aprel 20:2400

    Özünü insan kimi aparmaq üçün,gərək insan olasan.

    Cavab yaz
  • Anonim
    /* · 19 Aprel 19:5010

    yaxşı haravaya qoşasan cəkər at haravasına

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.