Siyasət

Azərbaycanla İran arasında sərhəd keçidinin asanlaşdırılması məsələsi müzakirə olundu

15 Aprel 2017 10:15
2 Şərh     Baxış: 677

Aprelin 13-də Azərbaycan Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində Dövlət Gömrük Komitəsi və İranın Gömrük İdarəsinin nümayəndələri arasında işçi görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Komitənin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında əlaqələrin tarixi dostluq və qar­şılıqlı əməkdaşlığa əsaslandığı və bu cür görüşlərin gömrük sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyini deyib.
 
İranın Gömrük İdarəsi nümayəndə heyətinin rəhbəri, İranın Gilan Əyaləti üzrə Gömrük İdarəsinin baş direktoru Məhəmməd Şahbazi görüşün təşkilinə görə təşəkkürünü bildirib və İran Gömrük İdarəsinin sərhəd dövlətləri arasında ən çox azərbaycanlı həmkarları ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
 
Görüş zamanı tərəflər gömrük nəzarətini sürətləndirmək və asanlaşdırmaq məqsədilə İrandan Azərbaycana ixrac olunan və ya tranzitlə keçən tez xarab olan malların paletlərdə daşınmasının mümkünlüyü, "X-ray" operatorlarının təcrübə mübadiləsinə dair təlimlərin təşkili, gömrük hüquqpozmaları sahəsində əməkdaşlığın genişləndirilməsi ilə narkotik vasitələr və qaçaqmalçılığa qarşı mübarizədə qabaqcıl təcrübələrin paylaşılması və şəxsi nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin sərhəd keçidinin asanlaşdırılması məsələlərini müzakirə ediblər.
 
Bununla yanaşı, tədbirdə hər iki tərəfin gömrük xidmətlərinin iş saatının uzadılmasının iki ölkə arasında gömrük məsələlərinin effektivliyinə və səmərəliliyinə töhfə verdiyi qeyd olunub.
 
İran tərəfi bu ilin martında Novruz bayramı ilə əlaqədar İrandan Azərbaycana səfər edən turistlərin sayının əvvəlki günlərdən daha çox olduğuna baxmayaraq, onların gömrük sərhəd-keçid prosedurlarında heç bir problem yaşanmadığı və işin yüksək təşkili üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
 
Görüşdə iki ölkənin gömrük idarələri arasında sıx əlaqələrin gələcək faydalı əməkdaşlığa töhfə verəcəyi bir daha vurğulanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Kənan · 15 Aprel 10:2810

    Astara sərhəd keçid məntəqəsində olan biabırçılıq heç yerdə yoxdur, sərhədi keçmək istəyən vətəndaşlarımız basa-bas nəticəsində müxtəlif xəsarətlər alır, saatlarla yubadılır. Bütün bunlar insanların gözü qarşısında baş verməsinə baxmayaraq nədənsə nə mətbuat nə də, telekanallar tərəfindən işıqlandırılırmır.

    Cavab yaz
  • Anonim
    N · 15 Aprel 11:1400

    Gürcustandan gâlândâd belâdir.bir butulka su barjom gâtirmâk olmur.deyir suyu orda qoy yada oyanda iç sonra buyana keç.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.