Siyasət

"Nə danışıq? Hər şey aydın deyilmi?" - Erkin Qədirli

8 Aprel 2017 22:36
Baxış: 6 074

Hüquqşünas Erkin Qədirli ABŞ Dövlət Departamentini aprelin 9-da Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçiriləcək "prezident seçkiləri" və addəyişmə "referendumu" barədə bəyanatına görə sərt tənqid edib.

Milli.Az bildirir ki, E.Qədirli Facebook səhifəsində Dövlət Departamentinin son bəyanatına kəskin etiraz edib:

"ABŞ Dövlət Departamenti (bəyanatın adına baxın!) Gürcüstan'ın işğal olunmuş ərazilərində seçkilərin və referendumların keçirilməsinə dair bəyanat yayıb. Bəyanatda bu seçkilərin və referendumların legitim olmadığı, Gürcüstan hökumətinin razılığı olmadan keçirildiyi, Abxaziya və Cənubi Osetiya bölgələrinin Gürcüstan'ın ayrılmaz hissəsi olduğu vurğulanır. Çox gözəl və çox doğru. Amma..!

Bizə gələndə, belə demirlər. Dağlıq Qarabağ bölgəsinin Azərbaycan'ın ayrılmaz hissəsi olduğunu söyləmirlər. Sadəcə Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlırını deyirlər ki, bu da yetərli deyil. Bugün tanımırlar, sabah tanımayacaqlarına zəmanət varmı? Bircə dəfə olsun tanımayacaqlarına dair öhdəlik götürdülərmi? Yox! Əksinə, Dağlıq Qarabağın gələcək statusuyla bağlı danışıqların önəmini vurğulayırlar. Nə danışıq? Hər şey aydın deyilmi? Dağlıq Qarabağın Azərbaycan'ın ayrılmaz hissəsi olduğunu aydın ifadə etsinlər, sonra nə haqda istəsələr, oturaq danışaq. Status Azərbaycan'ın tərkibində olmalıdır, bunu isə Minsk Qrupunun həmsədrlərindən heç biri demir. Problemin kökü buradadır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.