Siyasət

Latviya Prezidentindən Qarabağla bağlı AÇIQLAMA

17 Mart 2017 17:36
Baxış: 1 289

"Dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinin diplomatik üsullar vasitəsilə həlli üçün yardım etməsi vacibdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Latviya Prezidenti Raymonds Veyonis deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regiona sabitlik gətirəcək.

Prezident Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü barədə danışaraq Dağlıq Qarabağ, beynəlxalq məsələlər, Aİ və Azərbaycan, eləcə də Latviya və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub. "Biz Azərbaycanla sıx əməkdaşlıqda, qismən Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" layihəsinin reallaşdırılmasında maraqlıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.