Siyasət

Artur Rasi-zadə: "Azərbaycanla Fələstin arasında əməkdaşlıq üçün hüquqi bazanın yaradılması zəruridir"

17 Mart 2017 16:58
Baxış: 601

Azərbaycanla Fələstin arasında iqtisadi, humanitar sahələrdə səmərəli əməkdaşlıq üçün müvafiq hüquqi bazanın yaradılması zəruridir.

Milli.Az xəbər veir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın Baş naziri Artur Rasi-zadə V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Fələstin Baş nazirinin müavini Ziyad Abu Amrını qəbul edərkən deyib.

Azərbaycanla Fələstin arasında yaxşı siyasi əlaqələrin olduğunu deyən A.Rasi-zadə, eyni zamanda digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün imkanların olduğuna diqqəti yönəldib. O xüsusən, iqtisadi, humanitar sahələrdə səmərəli əməkdaşlıq üçün müvafiq hüquqi bazanın yaradılmasının zəruriliyini vurğulayıb.

Dünyada gedən mühüm iqtisadi-siyasi-hərbi proseslər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılarkən, diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Baş nazir Artur Rasi-zadə, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü bir daha xatırladıb.

V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Fələstin Baş nazirinin müavini Ziyad Abu Amr, qısa dövr ərzində Azərbaycanın həqiqətən çox böyük inkişaf yolu keçdiyinin bilavasitə şahidi olduğunu deyib. Daha sonra o, Fələstin Dövlətinin hər zaman beynəlxalq hüquq normaları çərçivəsində ölkəmizin haqq işini dəstəklədiyini və işğal altındakı torpaqların tezliklə sülh yolu ilə azad olunacağlına əminliyini bildirib.

Sonda qonaq Bakıda keçirilən Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.